Daha bir telekanal bağlandı

20:46 | 31.10.2017
Daha bir telekanal bağlandı

Daha bir telekanal bağlandı

Türkiyədə fəaliyyət göstərən daha bir telekanalı bağlandı. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, 21 il öncə işə başlayan "Kanal A" fəaliyyətini dayandırdığını açıqlayıb. 

"Bir çox problemlərin öhdəsindən inanc və əzmlə gəldik. Hədəflərimiz olduğu üçün heç zaman qazanc haqqında düşünmədik. Ruzini verən Allahdır düşüncəsi ilə hərəkət etdik. Ancaq indi yayıma bəzi səbəblərlə bağlı olaraq fasilə veririk", deyə kanaldan yayaılan rəsmi açıqlamada qeyd edilib. 

Peyk vasitəsilə efirə çıxan televiziya yayımı dayandırılsa da, "Radio A" və kanalın xəbər saytı fəaliyyətinə davam edəcək. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM