ANN.Az xəbər verir ki, radikal qrup bu ilin aprel ayında əsir götürdüyü alman vətəndaşlarını qətl edəcəkləri ilə bağlı bəyanat veriblər. Onlar ABŞ və Almaniyanın İŞİD-ə yönəlik hücumlarından əl çəkməyə səsləyiblər."Reuters"in yaydığı xəbərə görə, İŞİD-ə dəstək bermək istəyən terroristlər əsirlərin sərbəst buraxılması üçün 3.4 milyon sterlin tələb ediblər. Məsələ ilə bağlı rəsmi açıqlama verən polis Abraham Orbita "Əldə etdiyimiz məlumatlara görə, əsirlər Filippində saxlanılır, hazırda onların dəqiq yerlərini müəyyənləşdirməyə çalışırıq" - deyib.Təşkilat rəsmi "Twitter" hesabında yaydığı mesajda isə bunlar deyilir: "15 gün ərzində tələblərimiz yerinə yetirilməsə, hər iki əsiri öldürəcəyik".Filippinin paytaxtı Manilada yerləşən Almaniya səfirliyi bununla bağlı hər hansı açıqlama verməyib.
ANN.Az