• $ 1.7
  • € 1.9672
  • ₽ 0.020995
  • ₺ 0.0402
  • £ 2.232

Daha bir təyinat - gənc kadr yüksək vəzifəyə təyin olundu

Daha bir təyinat - gənc kadr yüksək vəzifəyə təyin olundu
09.12.2019 10:00
Qaradağ Gənclər Evində direktor dəyişikliyi baş tutub.

Qaynarinfo xəbər verir ki, Gənclər və İdman Naziri Azad Rəhimovun müvafiq əmri ilə Qaradağ Gənclər Evinin direktoru Pərvin Qasımov vəzifəsindən azad edilib, digər əmrlə yerinə Natiq İmanov təyin edilib.

Qeyd edək ki, Natiq İmanov uzun illər gənclər sektorunun fəal iştirakçısı olub. N. İmanov 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakultəsini fərqlənmə diplomu ilə bitirib. Hərbi xidmətdən sonra təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında gənclər siyasəti və sosial sferada idarə etmə ilə bağlı müxtəlif ixtisas artırma kursları ilə davam etdirib.

Əmək fəaliyyətinə ADİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini kimi başlayan N. İmanov sonralar Əmək və Əhalinin Sosial Müdafiyəsi Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

Gənclər sektorunda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, İRƏLİ İctimai Birliyi və YAP Gənclər Birliyi kimi ölkənin öndə gələn gənclər təşkilatlarında fəaliyyət göstərib, müxtəlif layihələrin müəllifi və təşkilatçısı qismində təmsil olunub. N.İmanov layihələrin idarə edilməsi ilə bağlı bir çox yerli və beynəlxalq təlim proqramlarının məzunudur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
DİN - dən diplomatik nömrəli avtomobilin qayda pozuntusuna münasibət
Cəmiyyət 19:20
DİN - dən diplomatik nömrəli avtomobilin qayda pozuntusuna münasibət
Bəzi rayonlarda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Cəmiyyət 18:50
Bəzi rayonlarda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Paytaxtda sıxlıq olan küçələr - SİYAHI
Cəmiyyət 18:19
Paytaxtda sıxlıq olan küçələr - SİYAHI
Bakının mərkəzində səfirlik avtomobili qaydaları pozub
Cəmiyyət 17:20
Bakının mərkəzində səfirlik avtomobili qaydaları pozub
Baku TV “C-130” təyyarəsinin qəzaya uğradığı ərazidə olub - VİDEO
Cəmiyyət 16:58
Baku TV “C-130” təyyarəsinin qəzaya uğradığı ərazidə olub - VİDEO
Bakıda piyada keçidlərində eskalatorlar təmir olunur
Cəmiyyət 16:49
Bakıda piyada keçidlərində eskalatorlar təmir olunur
Həbsdəki hakimə güzəşt edildi – cəzası 9 ildən 6 ilə endirildi
Cəmiyyət 16:21
Həbsdəki hakimə güzəşt edildi – cəzası 9 ildən 6 ilə endirildi
Hikmət Hacıyev jurnalist Emin İbrahimovun vəfatı ilə bağlı başsağlığı verib
Cəmiyyət 16:13
Hikmət Hacıyev jurnalist Emin İbrahimovun vəfatı ilə bağlı başsağlığı verib
Kiberpolis azyaşlılara aid pornoqrafik videolar satan şəxsləri saxlayıb
Cəmiyyət 16:07
Kiberpolis azyaşlılara aid pornoqrafik videolar satan şəxsləri saxlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol