Ukraynanın Slavyansk şəhər administrasiyası üzərində də Rusiya bayrağı qaldırılıb.
Rusiya mətbuatı xəbər verir ki, bu barədə şəhər meri Ştepa Nelia məlumat verib.
O, şəhər administrasiyasında 1000-ə yaxın adamın olduğunu deyib.
Bundan başqa Rusiyameylli qüvvələr şəhərin təhlükəsizlik və milis bölmələrini də tutublar.
Polis bölməsində «Donetski respublikası»nın təşəbbüsçüsü olan 20-yə yaxın silahlı şəxs var.
Onlar bütün polis əməkdaşlarını binadan çıxararaq bölmədə saxlanan bütün silahları ələ keçiriblər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !