Daha bir vəzifəli şəxs koronavirusa yoluxdu

19:30 | 06.07.2020
Daha bir vəzifəli şəxs koronavirusa yoluxdu

Daha bir vəzifəli şəxs koronavirusa yoluxdu

ABŞ-ın Missisipi ştatı Nümayəndələr Palatasının sədri Filip Qann koronavirusa yoluxub.

Publika.az xəbər verir ki, F.Qann təmasda olduğu millət vəkilinin infeksiyaya yoluxmasından sonra testdən keçib və nəticə pozitiv çıxıb.
O bildirib ki, xəstəliyin heç bir simptomu büruzə verməyib. Lakin özünü karantinə alıb.

Qeyd edək ki, ştatda hər gün, orta hesabla, 200 nəfər koronavirusa yoluxur, 5 nəfər dünyasını dəyişir. Bu günədək bölgədə 30 min 900 infeksiyaya yoluxma faktı qeydə alınıb, 1 111 nəfər ölüb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM