Daha bir yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb - Video

12:06 | 19.10.2024
Daha bir yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb - Video

Daha bir yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb - Video

Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən "RD Smart” QSC-yə məxsus anbarda yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar aşkarlanıb.Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, obyekt yanğın su hovuzu, avtomatik yanğın xəbərverici siqnalizasiya sistemi, ilkin yanğınsöndürmə vasitələri və daxili yanğın su kranları ilə təmin edilməyib, elektrik təsərrüfatı "Elektrik qurğularının quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb və elektrik xətləri yanar materialların üzəri ilə çəkilib.

Anbar otağında taxta konstruksiyalardan ibarət olan rəflər odadavamlı məhlulla hopdurulmayıb, daxili əmrlə könüllü yanğınsöndürən dəstəsi təyin edilməyib və obyektin əməkdaşları yanğın təhlükəsizliyinə dair təlimatlandırılmayıb.

Həmçinin obyektin fəaliyyəti, habelə təxliyə planı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmadığı vurğulanıb.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş anbarın fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM