• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Daha dəhşətli bəla gəlir - Tixanski

Daha dəhşətli bəla gəlir - Tixanski
29.05.2020 12:26
Koronavirus pandemiyasından sonra dünya fərqli olacaq. Əvvəlcə bəşəriyyət içməli su qıtlığı ilə üzləşəcək. Bu insanlıq üçün daha qlobal problem olacaq.
 
Anews.az-ın xəbərinə görə, bu barədə rusiyalı professor, hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik Aleksandr Tixanski deyib. Onun sözlərinə görə, koronavirus əslində dünyaya dövlətlərin imkanlarını göstərdi:
 
"Koronavirus AB-də səhiyyə institutlarının olmadığını üzə çıxdı. Bu o deməkdir ki, Avropa Birliyinin səlahiyyətlərinə tibb aid deyil. Avropanın bütün səhiyyə sistemi milli səviyyədə qurulub. Məlum oldu ki, Avropada tibbi sığorta ölkələri bu problemdən qorumağa qadir deyil”.
 
Tixanskinin sözlərinə görə, sivilizasiyamız Ümümdünya Tənzimləmə İnstitutunun (Dünya Hökuməti) yaradılması üçün bəzi addımlar atmalı olacaq:
 
"Bu "Dünya hökuməti” planetin bəzi qlobal problemlərini həll etməli olacaq. Pandemiyadan sonra bəşəriyyət içməli su, sonra qida qıtlığı ilə üz-üzə qalacaq. Hər şey Afrika qitəsindən başlayacaq. Təsəvvür edin, onmilyonlarla insan içməli su çatışmazlığından öləcəkdir. Su böhranı ərzaq qıtlığına səbəb olacaq. Ac adam isə azad ola bilməz, onu bir çörək və ya bir qurtum suya almaq olar. Bu isə bəşəriyyətin quldarlıq quruluşuna qayıtması deməkdir. Məhz bu səbəbdən bu tip qlobal proseslər bir institut tərəfindən həll olunmalıdır”.
 
O bildirib ki, pandemiyadan sonra ölkələr seçim etmək məcburiyyətində qalacaqlar – ya milli maraqları ilə idarə olunmalı və ya yenidən qlobal birliklərə qoşulmalı olacaqlar:
 
"Nə virusun, nə də iqtisadi böhranın öhdəsindən gələ bilməyən Qərbi böyük etirazların güclü dalğası gözləyir. Moskva və Pekin modelləri fərqli olacaq. Dünya dəyişəcək, amma insanlar eyni qalacaq”.Axar.az

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputatlara verilən bəzi pul təminatları ləğv edilib
Siyasət 10:53
Deputatlara verilən bəzi pul təminatları ləğv edilib
Xaricdə vaksin vurduranlarla bağlı ŞAD XƏBƏR
Siyasət 21:13
Xaricdə vaksin vurduranlarla bağlı ŞAD XƏBƏR
Koronavirusla əlaqədar bu qərara dəyişilik edildi - RƏSMİ
Siyasət 14:46
Koronavirusla əlaqədar bu qərara dəyişilik edildi - RƏSMİ
Azərbaycanda 2 idman kompleksi modul tipli xəstəxanaya çevrilir
Siyasət 16:47
Azərbaycanda 2 idman kompleksi modul tipli xəstəxanaya çevrilir
Azərbaycanda daha 493 nəfər koronavirusa yoluxub
Siyasət 17:11
Azərbaycanda daha 493 nəfər koronavirusa yoluxub
Azərbaycanda deputatın rəis oğlu koronavirusa yoluxdu
Siyasət 12:24
Azərbaycanda deputatın rəis oğlu koronavirusa yoluxdu
Əhəd Abıyev koronavirusa yoluxub? - RƏSMİ
Siyasət 09:44
Əhəd Abıyev koronavirusa yoluxub? - RƏSMİ
Daha bir məmur ailəsi ilə koronavirusa yoluxdu
Siyasət 11:06
Daha bir məmur ailəsi ilə koronavirusa yoluxdu
Koronavirusa yoluxan deputatdan xəbər var
Siyasət 10:40
Koronavirusa yoluxan deputatdan xəbər var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol