Daha iki şəhərin avtobuslarında ödəniş kartla olacaq

09:24 | 01.05.2014
Daha iki şəhərin avtobuslarında ödəniş kartla olacaq

Daha iki şəhərin avtobuslarında ödəniş kartla olacaq

Avtobuslarda “Yolkart” kart ödəniş sisteminin Bakı ilə yanaşı, Xırdalan və Sumqayıt şəhərlərində də tətbiqi planlaşdırılır.Bunu “MasterCard” bazasında ödəniş kartlarının buraxılışı ilə məşğul olan Bank of Azerbaijan prosessinq mərkəzindən deyiblər.Mərkəzdən bildiriblər ki, Xırdalan və Sumqayıtda avtobuslarda kart ödəniş sisteminin tətbiqi 2015-ci ilə nəzərdə tutulub:“Bakıda bütün ictimai nəqliyyatda tamamilə kartla ödəniş sisteminə keçidin bu ilin sonunda başa çatdırılması planlaşdırılır. Bu prosesin başa çatması ilə ictimai nəqliyyatda nağdsız ödənişə tam keçid təmin ediləcək”.Mərkəzdən deyiblər ki, Bakıda marşrut avtobuslarında ödəniş kartlarının oxunması üzrə validatorların quraşdırılması işləri hazırda aktiv templə davam edir.Qeyd edək ki, hazırda Bakıda 2500-dən artıq avtobus fəaliyyət göstərir.//Trend
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti