Dağıstanda 70-dən çox uşaq xəstəxanalıq oldu

23:00 | 19.04.2019
Dağıstanda 70-dən çox uşaq xəstəxanalıq oldu

Dağıstanda 70-dən çox uşaq xəstəxanalıq oldu

Dağıstanda 70-dən çox uşaq zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

"Qafqazinfo”nun "TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi Zalin Murtazaliyev bildirib.

Onun sözlərinə görə, uşaqların vəziyyəti yüngül olaraq qiymətləndirilir. 

20-dən çox uşaqda kəskin bağırsaq infeksiyası aşkar edilib.

Hazırda həkimlər digər uşaqlarda zəhərlənmə halının səbəbini araşdırırlar.

Xatırladaq ki, Dağıstanda son iki ayda uşaqların kəskin bağırsaq infeksiyası diaqnozu ilə xəstəxanalara yerləşdirmə halı artıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb