Dağıstanın keçmiş nazirini ömürlük həbs gözləyir

13:46 | 23.07.2024
Dağıstanın keçmiş nazirini ömürlük həbs gözləyir

Dağıstanın keçmiş nazirini ömürlük həbs gözləyir

Dağıstanın keçmiş idman naziri Maqomed Maqomedovu terrorizmi təbliğ etdiyinə görə ömürlük həbs gözləyir.Bu barədə Life SHOT-a istinadla məlumat yayıb. 

Telekanalın məlumatına görə, 2006-cı ildə o zaman Gergebil rayonunun rəhbəri vəzifəsini tutan Maqomedov qanunsuz silahlı "Gimrinskaya” qrupunu maliyyələşdirmək üçün deputat və kriminal rəis Maqomedxabib Maqomedəliyevə 100 min dollar köçürüb.

"O vaxt terrorçular bütün ərazini qorxu içində saxlayırdılar. Maqomedəliyev 2013-cü ildə keçirilən xüsusi əməliyyat zamanı məhv edilib”, - SHOT yazır.

Maqomed Maqomedov 2012-2021-ci illərdə Dağıstanın idman naziri vəzifəsində çalışıb. Son zamanlar Kızılyurt bələdiyyə sədri vəzifəsində çalışıb. 3 oktyabr 2023-cü ildə saxlanılaraq Moskvaya aparılıb. Burada oktyabrın 4-də məhkəmə məmuru korrupsiya sxemləri və mütəşəkkil cinayətkar qrupla əlaqədə şübhəli bilinərək həbs edib. İyulun 21-də Maqomedov çoxsaylı yaralarla Sklifosovski adına Tədqiqat İnstitutuna yerləşdirilib.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM