Dalay-Lama ABŞ-da xəstəxanaya yerləşdirildi

11:01 | 21.01.2016
Dalay-Lama ABŞ-da xəstəxanaya yerləşdirildi

Dalay-Lama ABŞ-da xəstəxanaya yerləşdirildi

Tibetin dini lideri XIV Dalay-Lama ABŞ-da xəstəxanaya yerləşdirilib.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu haqda onun müalicə olunduğu klinika açıqlama yayıb.

Məlumata görə, həkimlər 80 yaşlı Dalay-Lamanın səhhətində ciddi problemin olmadığını bildiriblər: "Onun müalicəsi müsbət nəticə verir və tamamilə sağalacaq".

İnformasiyaya əsasən, Dalay-Lama prostatdakı problemlə bağlı xəstəxanaya yerləşdirilib. Həkimlər bu yaşda kişilər üçün bunun adi hal olduğunu da vurğulayıblar.

Qeyd edək ki, ötən ilin sentyabrında XIV Dalay-Lama sağlıq durumu ilə bağlı bir sıra beynəlxalq görüşləri təxirə salmağa məcbur olmuşdu. Həkimlər ona daha çox dincəlməyi tövsiyə etmişdilər.

XIV Dalay-Lama Çinin tərkibində olan Tibetin müstəqilliyi uğrunda mübarizənin də lideri sayılır.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti