Tahir İmanovun sözlərinə görə, kino informasiya müharibəsinin ən güclü vasitələrindən biri olduğu üçün Vətən müharibəsinin gərgin dövrlərində Qarabağ münaqişəsi haqqında film çəkmək qərarına gəlirlər: "Həqiqətləri dünyaya çatdırmaq üçün filmlər çox güclü vasitələrdən biridir. Ona görə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir neçə film çəkməyi planlaşdırırıq. "Bir topa adam" filmində biz müharibənin əslində necə başladığını göstərməyə çalışmışıq. Biz bir ailənin prizmasından müharibənin dəhşətlərini canlandırmışıq. Filmin çəkilişində göstərdiyi dəstəyə görə "Nar”a öz təşəkkürümüzü bildirirk”.
Qeyd edək ki, filmin tam versiyasına aşağıdakı link vasitəsilə baxmaq olar: https://www.youtube.com/watch?v=qgMnNvdS8Co
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !