Dağlıq Qarabağda iki erməni əsgər yaralanıb - İnsident

16:03 | 24.01.2020
Dağlıq Qarabağda iki erməni əsgər yaralanıb - İnsident

Dağlıq Qarabağda iki erməni əsgər yaralanıb - İnsident

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində iki erməni əsgər yaralanıb.

Anews.az xəbər verir ki, bu barədə "tert.am" portalı məlumat yayıb.

Məlumata görə, 2001-ci il təvəllüdlü Qenri-Ayk Zakaryan və Armen Mesopyan güllə yarası alıblar.

Yaralanan əsgərlərdən Zakaryanın vəziyyətinin ağır olduğu deyilir.

Erməni əsgərlərin hansı şəraitdə güllə yarası alması məlum deyil.

Hadisənin səbəblərini müəyyənləşdirmək üçün araşdırma aparılır.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM