“Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”

16:04 | 26.11.2013
“Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”

“Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”

“Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Bu baxımdan prezidentlərin son iki ildə ilk dəfə keçirilən görüşü vacib addımdır. Biz şadıq ki, bu görüşdən sonra davamı gələcək – xarici işlər nazirlərinin görüşü üçün şans olacaq”. APA-nın xəbərinə görə, bunu ABŞ-ın ATƏT-dəki səfiri Daniel Baer deyib. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin qarşıdakı görüşünü şərh edən D. Baer bildirib ki, nazirlərin söhbətinin məzmunu haqda qabaqcadan bir söz demək istəmir: “Lakin biz Minsk Qrupunu dəstəkləməyə davam edəcəyik. ABŞ Minsk Qrupunun həmsədrlərindən biridir və səfir Uorlik öz həmkarları ilə yorulmadan çalışır. Biz tərəflərin uzunmüddətli sülh axtarışına dəstək olan həmsədrləri dəstəkləməyə davam edəcəyik”.  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti