Dağlıq Qarabağı tanımağa ermənilərin hünəri çatmadı

22:15 | 13.11.2014
Dağlıq Qarabağı tanımağa ermənilərin hünəri çatmadı

Dağlıq Qarabağı tanımağa ermənilərin hünəri çatmadı

11 noyabrda Ermənistan parlamenti Azərbaycanın işğal edilmiş torpaqlarındakı cinayətkar rejimin tanınması haqqında qanun layihəsini yenidən rədd etdi. Sənəd "Miras" müxalifət fraksiyasından olan deputat Zarui Postandcyan tərəfindən parlamentə təqdim olunmuşdu və "Dağlıq Qarabağın və Ermənistan Respublikasının təhlükəsizliyinin təmin olunmasının əsas hərbi-siyasi vəziyyətlərinin konsepsiyaları Haqqında" adlanırdı.

ANN.Az xəbər verir ki, bu qanun layihəsi ilə əlaqədar hətta xarici əlaqələr üzrə daimi parlament komissiyasının qərarı da yox idi. Yəni parlament rəhbərliyi Qarabağı müstəqil dövlət kimi tanımağa hazırlaşmırdı. Amma qısa müzakirə oldu, çünki "Miras" fraksiyası layihəni "təcili" olaraq təqdim etmişdi.Artıq nə üçüncü, nə də dördüncü dəfədir ki, erməni parlamentində Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımağa cəhdlər edilir. Bəlkə də beşinci və ya altıncı cəhddir, amma çətin ki, yeddinci-səkkizinci və onuncu olsun.  “NN 7-10” uşaq oyunları hələ qarşıdadır, ermənilər hələ çox əylənəcəklər.Kamal ƏliANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb