Dağlıq Qarabağda erməni əsgər öldürülüb. ANS PRESS-in news.am-a istinadən verdiyi məlumata görə, 1994-cü il təvəllüdlü Karen Qalstyan hərbi növbədə olarkən başından ölümcül güllə yarası alıb. Əsgərin snayperdən açılan atəş nəticəsində öldüyü deyilir. Erməni tərəfi hadisə ilə əlaqədar araşdırma aparıldığı haqda məlumat yayıb. Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, erməni tərəfi cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 250 dəfə pozub. Qarşı tərəf cavab atəşi ilə susdurulub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !