Qondarma "Dağlıq Qarabağ respublikası"nda təqribən 200 Suriya ermənisi (30-35 ailə) yaşayır.Trend-in məlumatına görə, bunu qondarma respublikanın baş naziri Ara Arutunyan deyib.Onun sözlərinə görə, Suriya erməniləri qondarma respublikanın qərbindəki Kaşatağ rayonunda məskunlaşıblar: "Həmin ərazidə boş torpaq sahələri çoxdur".A.Arutunyan qeyd edib ki, onlar yaşadıqları ərazidə buğda yetişdirirlər, çünki Suriyada da elə bu işlə məşğul olublar: "Biz şadıq ki, onlar bu yolla ailələrini dolandıra bilirlər. Deməliyəm ki, onlar çox yaxşı işçidirlər".O, əlavə edib ki, Suriya ermənilərinin mənzil və məişət şəraiti təmin edilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !