Dani Alveşə banan atan azarkeş həbs edildi

16:56 | 30.04.2014
Dani Alveşə banan atan azarkeş həbs edildi

Dani Alveşə banan atan azarkeş həbs edildi

İspaniya polisi "Barselona"nın müdafiəçisi Dani Alveşə banan atan "Vilyareal" klubunun azarkeşini həbs edib.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, "Vilyareal" daha əvvəl həmin azarkeşin şəxsiyyətini müəyyənləşdirərək ona klubun ev oyunlarında ömürlük iştirak etməmək qadağası qoyub.

Qeyd edək ki, aprelin 27-də İspaniya çempionatının 35-ci turu çərçivəsində "Vilyareal" - "Barselona" matçında yerli azarkeş braziliyalı futbolçu D.Alveşə banan ataraq irqçilik hərəkətlərinə yol verib. D.Alveş isə bananı yeyərək qabığını kənara atıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM