Danimarka Ukraynaya əlavə tank yardımı göndərəcək

14:25 | 19.09.2023
Danimarka Ukraynaya əlavə tank yardımı göndərəcək

Danimarka Ukraynaya əlavə tank yardımı göndərəcək

Danimarka Ukraynaya hərbi yardım çərçivəsində əlavə 45 tank göndərəcək.

Bu barədə Danimarkanın "Ritzaus Bureau” xəbər agentliyi məlumat yayıb.

Agentlik Krallığın müdafiə naziri Troels Lund Poulsenə istinadən bildirib ki, 30 ədəd "Leopard 1” və 15 ədəd T-72 tankları olmaqla ümumilikdə 45 texnika göndəriləcək.
 
Danimarka Rusiyanın xüsusi hərbi əməliyyatlarının başlanmasından bəri ən böyük yardım paketi çərçivəsində Ukraynaya 5,8 milyard Danimarka kronu (təxminən 830 milyon dollar) dəyərində hərbi texnika verməsi barədə məlumatı daha əvvəl TASS agentliyi məlumat vermişdi.
 
Danimarka Müdafiə Nazirliyinin məlumatına görə, yeni paketə tanklar, piyada döyüş maşınları, döyüş sursatları və zenit silahları daxildir.

Nazirlik sentyabrın 12-də bildirib ki, yardım 2023-2025-ci illər ərzində hissə-hissə veriləcək, vəsaitin böyük hissəsi bu il xərclənəcək.

Danimarka ukraynalı pilotların birgə təlimindən sonra Kiyevə ABŞ istehsalı olan F-16 qırıcılarını göndərməyi vəd edən üç ölkədən biridir. Digər ikisi Hollandiya və Norveçdir.

Danimarkanın baş naziri Mette Frederiksen avqustun 20-də bildirib ki, 19 ədəd F-16 təyyarəsindən altısının ilk partiyasının bu ilin sonuna qədər Ukraynaya göndərilməsi gözlənilir.

Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM