Danimarkada 63 qaçqın uşağı itkin düşdü - insan alverçiləri pusquda

14:52 | 17.09.2015
Danimarkada 63 qaçqın uşağı itkin düşdü - insan alverçiləri pusquda

Danimarkada 63 qaçqın uşağı itkin düşdü - insan alverçiləri pusquda

Danimarkanın Gribskov qaçqın düşərgəsində qalan 63 əfqan qaçqın uşağının itkin düşdüyü bildirilir.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Qızıl Xaç Cəmiyyətinin bölgə üzrə rəhəbri Karolina Madsen yaşlarının 18-dən balaca olan qaçqın uşaqlarının hansı məqsədlə və necə itkin düşmələri haqqında hər hansı məlumata sahib deyillər: "Biz onları təhlükəsizlik bir yerə yerləşdirmək, isti ev, yataq, yaxşı qida verirdik, onları heç bir yerə həbs etməmişdik. Bu həftənin bazar ertəsi-çərşənbə günləri arasında itkin düşən və 63 uşaqdan ibarət qrupun birdən yoxa çıxması bizi çox təəccübləndirib. Belə qənaətə gəlmişik ki, onlar Danimarkada qalmaq istəməyib və başqa yerə gediblər. Biz gələn qaçqınlara yerləşdirdiyimiz düşərgədən çıxmamalarını tövsiyyə edirik, amma bəyənmirlərsə, gedirlərsə, bizim edəcək başqa işimiz yoxdur".

K.Madsen Gribskov düşərgəsinə gündüz gətirilənlərin elə həmin gün polisə aparılaraq qeydiyyata alındığını, gecə gətirilənlərin isə ertəsi gün qeydiyyata alındığını bildirib. Qızıl Xaç nümayəndəsi əksər qaçqınların qeydiyyata alınmaq istəmədiklərini bildirib. O, qaçqın düşən uşaqların qurumun cavabdehliyindən çıxdığını deyib.

Danimarkaya Almaniya üzərindən gələn qaçqınların bəzi insan ticarətçilərinin ovuna çevrildiyini deyən Qızıl Xaç yetkilisi heç bir yerdə qeydiyyata alınmayan, sahibsiz durumda olan insanların yoxa çıxmasının böyük təhlükə olduğunu vurğulayıb. 

Bu arada hətta bəzi insan ticarətçiləri ilə bağlı polis əməliyyatlarının aparıldığını, həbslər olduğunu da qeyd edən K.Madsen bəzi internet səhifələrində qaçqınların Avropaya hansı yollarla gəldiklərini və insan alverçilərinin də həmin yollarda pusqu qurduğunu söyləyib. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM