Danışılmış oyunlarda iştirak edən tennisçi 8 illik diskvalifikasiya olunub

20:00 | 20.08.2019
Danışılmış oyunlarda iştirak edən tennisçi 8 illik diskvalifikasiya olunub

Danışılmış oyunlarda iştirak edən tennisçi 8 illik diskvalifikasiya olunub

Çilili tennisçi Xuan-Karlos Saes antikorrupsiya qaydaları pozduğu üçün ağır cəzaya məruz qalıb.

APA-nın məlumatına görə, idmançı 8 illik diskvalifikasiya olunub.

Cənubi amerikalı 12,5 min dollar cərimə də ödəməlidir. Vaxtilə ATP reytinqində 230-cu yerdə qərarlaşan 28 yaşlı çilili danışılmış oyunlarla mübarizə aparan "Tennis Integrity Unit”in şübhə dairəsinə düşüb. 

Qurum X.K.Saesin oyunlarına pul qoyuluşlarında qeyri-adi fəallıq müşahidə edib. O, mobil telefonunu araşdırmalarda istifadə olunmaq üçün verməkdən də dəfələrlə yayınıb. Amma yekunda tennisçi korrupsiya şəbəkəsi ilə bağlılıqlarını etiraf edib.

X.K.Saes hazırda reytinqdə 1082-cidir. Onun karyerasının rekordu olan 230-cu pillə isə 2015-ci ilin sentyabrında olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb