anews.az İcbari Sığorta Bürosuna (İSB) istinadən xəbər verir ki, daşınmaz əmlakın icbari sığortası üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqlarının məbləği 2 080 459 manat təşkil edib.
Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 7 360-ı yaşayış evləri və mənzillər, 29-u inzibati binalar, 1 937-si isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayında 47%, sığorta haqlarının məbləğində isə 2% azalma müşahidə edilib.
Hesabat dövründə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 321, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 4 sığorta müqaviləsi bağlanılıb.
Hazırda daşınmaz əmlakın icbari sığortası növü üzrə İSB-nin iştirakçısı olan 13 sığorta şirkəti (Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti, "Atəşgah Sığorta", "Standard İnsurance”, "AtaSığorta”, "Xalq Sığorta”, "PAŞA Sığorta”, "AXA-Mbask”, "AzSığorta”, "Meqa Sığorta”, "Silkway Insurance", "Azərbaycan Sənaye Sığorta”, "Qala Sığorta” və "Günay Sığorta” ASC-lər) fəaliyyət göstərir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !