Daşkəsəndə ər arvadını balta ilə öldürməkdə şübhəli bilinərək saxlanılıb

10:07 | 24.06.2024
Daşkəsəndə ər arvadını balta ilə öldürməkdə şübhəli bilinərək saxlanılıb

Daşkəsəndə ər arvadını balta ilə öldürməkdə şübhəli bilinərək saxlanılıb

Daşkəsəndə 1971-ci il təvəllüdlü T.Acaqverdiyev həyat yoldaşı A. Ocaqverdiyevanı balta ilə öldürməkdə şübhəli bilinərək saxlanılıb. Bu barədə Daşkəsən Baş Prokurorluğundan bildirilib. 

"İyunun 24-də saat 02 radələrində Daşkəsən rayonu, Əmirvar kənd sakini 1985-ci il təvəllüdlü Atlas Ocaqverdiyevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1971-ci il təvəllüdlü Teymur Ocaqverdiyevin aralarında yaranmış mübahisə zamanı balta ilə çoxsaylı xəsarətlər yetirərək arvadı Atlas Ocaqverdiyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.  Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Teymur Ocaqverdiyev iş üzrə şübhəli şəxs qismində tutulub", - açıqlamada deyilir. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb