Daşnak lider: “Müharibə başlasa, biz itkilər verəcəyik”

17:26 | 05.08.2014
Daşnak lider: “Müharibə başlasa, biz itkilər verəcəyik”

Daşnak lider: “Müharibə başlasa, biz itkilər verəcəyik”

“Azərbaycan hücum anını hiss edən kimi mütləq əməliyyatlara başlayacaq”.

 

Axar.az xəbər verir ki, bu açıqlama ilə Qarabağ daşnaklarının lideri, eks-komandir Vaan Badasyan çıxış edib.

 

O, Azərbaycanın geniş miqyaslı müharibəyə başlayacağı halda ermənilərin itkilər verə biləcəyini deyib:

 

“Hazırda Azərbaycanın belə imkanı yoxdur. Biz gərək buna hazırlaşaq, amma hazırlaşmırıq. Hazırlaşsaydıq indi orduda psixoloji əhval-ruhiyyə yüksək səviyyədə olardı. İndi hökumət bəzən istəmədən orduda əhval-ruhiyyənin aşağı düşməsinə səbəb olur. Bizim ordu döyüşə hazırdır, amma bundan yaxşı hazırlaşa bilərdi. Əgər düşmən müharibəyə daha geniş miqyasda başlasa, biz hazır olmadığımıza görə, itkilər verə bilərik”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM