Daşnaksütun Partiyasının Büro üzvü Kiro Manoyan Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sərkisyanın 19 noyabr görüşünü şərh edib.
“Media forum” saytının məlumatına görə, Manoyan Ermənistanın danışıqlarda müsbət nəticələr əldə etdiyinə ümidvar olduğunu deyib: “Ümid edirəm ki, biz Stepanakertdə (Xankəndi) aeroportun işə düşməsi məsələsini həll etməyə nail olduq və bir neçə həftədən sonra ilk reysin şahidi olacağıq”.
Jurnalistlərin “Belə nikbin proqnoz nəyə əsaslanır” sualına Manoyan belə cavab verib: “Bunlar proqnozlar deyil, ümidlərdir. Nə qədər deyilsə də ki, Azərbaycan bu görüşün təşkilinə qarşı çıxıb, Macarıstan hadisələrindən (zabit Ramil Səfərovun Azərbaycana təhvil verilməsi – red.) sonra Ermənistan da görüşü istəmirdi”.
ANN.Az