Daun sindromlu Vladın hekayəsi: olimpiada qalibidir, filmlərə çəkilir - VİDEO

16:23 | 18.04.2019
Daun sindromlu Vladın hekayəsi: olimpiada qalibidir, filmlərə çəkilir - VİDEO

Daun sindromlu Vladın hekayəsi: olimpiada qalibidir, filmlərə çəkilir - VİDEO

İnsanların bəziləri daun sindromu ilə dünyaya gələnlərin məhdud çərçivədə yaşadıqlarını və ya yaşamalı olduqlarını düşünürlər. 38 yaşlı Vlad Sanotski bu baryeri aşan şəxslərdəndir. 

Daun sindromu xəstəlik deyil. Bunun təzahür etməsinin səbəbi insanda 46 xromosom əvəzinə, 47 xromosomun olmasıdır.

Vlad Sanotskinin özünəməxsus maraq dairəsi və arzuları var. Yeddi yaşından üzgüçülüklə məşğul olan müsahibimiz fiziki imkanları məhdud insanlar arasında keçirilən olimpiadanın qalibi olub. O, həm də teatr, musiqi, atçılıq və şeirlə maraqlanır. Bir neçə filmə çəkilən müsahibimizin hazırda ən böyük arzusu İngiltərəyə gedib Prins Hamiltonun rolunu ifa etməkdir.

Vlad Sanotskinin uğurları haqqında xarici mətbuatda geniş məqalələr dərc olunub.

Baku TV əməkdaşlarının hazırladığı süjeti təqdim edirik:

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb