• $
  • €
  • ₽
  • ₺
  • £

David Babayan da həbs olundu - Rəsmi

David Babayan da həbs olundu - Rəsmi
30.09.2023 15:00
Erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsirlikdə olan hərbi qulluqçuları və beynəlxalq humanitar hüquqla müdafiə olunan mülki və digər şəxslərə qarşı sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlər törədilməsi faktlarları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrilə Azərbaycan Respublikasının Prokurorluq orqanları tərəfindən başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Baş Prokurorluqdan verilən məlumata görə, istintaqla müəyyən edilmişdir ki, 2013-2023-cü illərdə separatçı qurumun "prezidenti aparatının rəhbərinin müavini, prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi, xarici işlər naziri və xüsusi tapşırıqlar üzrə prezidentin köməkçisi vəzifələrində” işləmiş, 1973-cü il tarixdə Xankəndi şəhərində anadan olmuş Babayan David Klimoviç həm 44 günlük Vətən müharibəsi dövründə, həm Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması, əhalinini təhlükəsizliyini təmin olunması məqsədilə aparılan antiterror əməliyyatlarında qondarma qurumun digər "rəhbər vəzifəli şəxsləri” ilə cinayətkar birlik halında milli düşməçilik və nifrət aşılayan, terrorçu qruplaşmaların fəaliyyətini əlaqələndirən fəaliyyətlə məşğul olması, o cümlədən 2020-ci il oktyabrın 17-də, Azərbaycan Respublikasının Gəncə şəhərinin müdafiə olunmayan və mülki əhalinin yaşadığı əraziləri, yaşayış məntəqələri və silahsızlaşdırılmış zonaları hədəfə almaqla, ballistik raketlərdən istifadə edib çoxsaylı mülki şəxslərin ümumi təhlükəli üsulla, xüsusi amansızlıqla, terrorçuluqla əlaqədar, milli ədavət və düşmənçilik zəminində qəsdən öldürülməsi və yaralanması ilə bağlı cinayətləri təşkil etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

David Babayan 2020-ci il oktyabrın 28-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 32.3, 114.1 (muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat vermə, habelə onlardan hərbi münaqişədə və hərbi əməliyyatlarda istifadə etməni təşkil etmə), 32.3, 116.0.1, 32.3, 116.0.6, 32.3, 116.0.7, 32.3, 116.0.8, 32.3, 116.0.9, 32.3, 116.0.10 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2-ci (silahlı münaqişə zamanı hərəkətsizlik etmə və ya cinayətkar əmr vermə), 32.3,214.2.1, 32.3,214.2.3, 32.3,214.2.4 (terrorçuluğu təşkil etmə), 283.2.1, 283.2.3-cü (milli düşmənçiliyin salınmasını təşkil etmə) və digər madələrilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilmişdir.

Cari il sentyabrın 29-da D.Babayan Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən saxlanılarq istintaqa təqdim olunmuş və ona həmin tarixdə qeyd olunan maddələr üzrə ittiham elan edilmişdir.

Bundan başqa, istintaqla 1965-ci ildə Azərbaycan Respublikasının Xocavənd rayonunda anadan olmaqla orada yaşamış, Ermənistan Respublikasının sabiq hərbi qulluqçusu, 2015-2018-ci illərdə qondarma rejimin "müdafiə naziri” vəzifəsində işləmiş, eləcə də, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərmiş qanunsuz hərbi silahlı qrupun üzvü olan Mnatsakanyan Lyova Henrixi qabaqcadan əlbir olduğu şəxslərlə birgə 2002-ci il mayın 8-də beynəlxalq humanitar hüquqla müdafiə olunan Məmmədov İlham Yusif oğlunu və digər əsir düşmüş azərbaycanlıları Füzuli rayonunun Alxanlı kəndi ərazisində əsir götürərək Füzuli şəhərində yerləşən hərbi hissədə milli ədavət zəminində çoxsaylı işgəncələr vermiş və həmin il noyabrın 19-dək onu əsirlikdə saxlamalarına əsaslı şübhələr müəyyən edilmişdir.

Lyova Mnatsakanyanın 2006-cı il noyabrın 8-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 113-cü (işgəncə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb ediməsi barədə qərar qəbuil edilmiş və həmin il noyabrın 14-də barəsində müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmişdir.

Cari il sentyabrın 29-da L.Mnatsakanyan Laçın Sərhəd Buraxılış məntəqəsindən Ermənistan Respublikasına keçmək istəyərkən saxlanılaraq istintaqa təqdim olunmuş və həmin tarixdə ona qeyd olunan maddə ilə ittiham elan edilmişdir.

Hər iki şəxs barəsində həbs qətiman tədbirinin seçilməsinə dair məhkəmə qərarı icra olunaraq Dövlət Təhlükəsizliyi Xİdmətinin istintaq təcridxanasına etap olunmuşlar.

Hazırda cinayət işləri üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ankarada Zəfər Günü münasibətilə Azərbaycanı təbrik ediblər
Siyasət 22:30
Ankarada Zəfər Günü münasibətilə Azərbaycanı təbrik ediblər
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Siyasət 21:30
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Liderlər və birinci xanımlar təltif olunan hərbçilərlə görüşüblər
Siyasət 20:30
Liderlər və birinci xanımlar təltif olunan hərbçilərlə görüşüblər
Azərbaycan Prezidentinin sosial şəbəkə hesabında Türkiyə lideri ilə görüşünə dair paylaşım olunub
Siyasət 20:00
Azərbaycan Prezidentinin sosial şəbəkə hesabında Türkiyə lideri ilə görüşünə dair paylaşım olunub
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Xankəndidə Zəfər abidəsini ziyarət ediblər
Siyasət 17:38
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Xankəndidə Zəfər abidəsini ziyarət ediblər
Ərdoğan: Azərbaycanla Türkiyənin qardaşlığını zəiflətmək istəyənlər məqsədlərinə çatmayacaqlar
Siyasət 16:29
Ərdoğan: Azərbaycanla Türkiyənin qardaşlığını zəiflətmək istəyənlər məqsədlərinə çatmayacaqlar
Əliyev: Azərbaycan və Türkiyənin arasına heç kim girə bilməz
Siyasət 16:20
Əliyev: Azərbaycan və Türkiyənin arasına heç kim girə bilməz
Əliyev və Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı başlayıb
Siyasət 16:17
Əliyev və Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı başlayıb
Azərbaycan Ordusunda gənc əsgərlər and içiblər
Siyasət 15:39
Azərbaycan Ordusunda gənc əsgərlər and içiblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol