Bu gün hər il keçirilən Dünya İqtisadi Forumuna start verilir.
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, sayca 44-cü olan forum İsveçrənin Davos şəhərində baş tutacaq.Məşhur dağ kurortu yanvarın 22-dən 25-ə qədər 100-dən çox ölkədən təxminən 2,5 min nümayəndə heyətini, o cümlədən onlarla prezident və hökümət başçılarını, beynəlxalq təşkilatlar və ictimai xadimləri qəbul edəcək. Forumda iyirmidən artıq sessiya xammal təhlükəsizliyi və iqlim dəyişiklikləri məsələsinə həsr olunacaq.Ənənələrə görə, Davosa bütün aparıcı beynəlxalq təşkilatların rəhbərləri də təşrif buyuracaq. ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !