Davos (İsveçrə) şəhərində keçirilən növbəti ənənəvi Ümumdünya İqtisadi Forumu (ÜİF) yanvarın 22-25-də baş tutacaq.“APA-Economics”in ÜİF-ə istinadən xəbərinə görə, forumun əsas mövzusu “Dünyanın yenidən qurulması: cəmiyyət, siyasət və biznes üçün nəticələri” olacaq. Dünyanın tanınmış iş və düşüncə adamları, siyasi liderləri və jurnalistlər dünyanın üzləşdiyi kəskin problemlərini, qlobal, regional və sənaye transformasiyalarını müzakirə edəcəklər. Qeyd edək ki, ÜİF hər il Davosda keçirilir. Ona görə də bəzən Davos İqtisadi Forumu da adlandırılır. Azərbaycan prezidenti dəfələrlə bu forumda iştirak edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !