Davudoğlu: "Avqustun 23-dək koalisiya hökuməti qurmaq şansımız var"

11:25 | 15.08.2015
Davudoğlu:

Davudoğlu: "Avqustun 23-dək koalisiya hökuməti qurmaq şansımız var"

"Cümhuriyyət Xalq Partiyası (CHP) ilə əlaqələrin bundan sonra daha sağlam şəkildə davam etdiriləcəyindən heç kəsin şübhəsi olmasın. 

Ancaq hazırda bu partiya ilə Türkiyədə koalisiya hökumətinin qurulması istiqamətində yenidən görüş keçirmək üçün heç bir əsas yoxdur".

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri səlahiyyətlərini icra edən, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Əhməd Davudoğlu TRT telekanalında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, CHP ilə təkrar görüşmək ehtimalı yoxdur: "Hazırda Kamal Kılıçdaroğlu ilə ölkədə koalisiya hökumətinin qurulması üçün təkrar görüşün keçiriləcəyi ehtimalı yoxdur. Ancaq CHP sədri ilə bununla bağlı razılığa gəldik. Bundan sonra bu ölkənin ağır məsuliyyəti hamımızın üzərindədir. Əgər ehtiyac olarsa, ya dostlarımız vasitəsilə, ya da birbaşa görüşəcəyik. Ölkə parlamentində təmsil olunan partiyalar olaraq, bir sıra islahatlar aparmaqla bağlı qərar qəbul etməyə ehtiyac ola bilər".

AKP sədri Türkiyədə koalisiya hökumətinin qurulması istiqamətində prezidentdən tapşırıq alarkən beynində 9 ssenari olduğunu da deyib: "Ən yaxşı ssenari davamlı hökumət yaratmaq idi. CHP ilə bir sıra ssenarilərin müxtəlif variantlarını sınadıq, ancaq olmadı. MHP ilə də zehnimizdə oxşar variantlar vardı. Lakin MHP əvvəlcədən koalisiya hökuməti qurmağa yanaşmadığından, bəzi variantlar arxa plana atıldı. Avqustun 17-də ortaq məsələlər, hökumət qurmaq və seçkiyə getmək də daxil olmaqla hər şeyi danışmağa hazırıq. Erkən seçkidən danışmaq səbəbim Dövlət Bağçalı və MHP rəsmilərinin əvvəllər koalisiya ilə bağlı verdiyi mənfi bəyanatlardır. Avqustun 23-dək ya koalisiya hökuməti qurmaq, ya da parlamentin qərarı ilə seçkiyə getmək şansımız var. Əgər lazımdırsa, müxtəlif variantları birlikdə düşünək, üçümüz bir araya gələk. Gəlin prezidentin qərarına buraxmadan bir çarə tapaq". 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM