Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyevin təşkil etdiyi vida ziyafətində iştirak edib.ANS PRESS-in məlumatına görə, səlahiyyət müddəti bitən Aqşin Mehdiyev Nyu-York şəhərində bu münasibətlə vida ziyafəti təşkil edib. Ziyafət gecəsinə bir sıra rəsmi şəxslər iştirak edib. Gələn qonaqlar arasında Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun da olduğu bildirilir. Əhməd Davudoğlunun BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzvlüyə namizəd olan ölkələrə dəstək olmaq üçün Nyu-Yorka səfər edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !