Davudoğlu baş nazir ola bilər

13:57 | 13.08.2014
Davudoğlu baş nazir ola bilər

Davudoğlu baş nazir ola bilər

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu baş nazir ola bilər.ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyə mətbuatında xeyli iddialar var. Davudoğlunun müşavirinin baş nazirin müşaviri olaraq keçirilməsi bu iddiaları daha da gücləndirib. Belə ki, xarici işlər nazirinin məsləhətçilərindən olan Əli Sarıkaya, bundan sonra baş nazirin müşaviri olaraq çalışacaq. Davudoğlunun universitetdə şagirdi olan və sağ əli olaraq bilinən Sarıkaya, xarici işlər naziri ilə 12 ildən bəri birgə çalışır. Davudoğlu, Sarıkayanı ən kritik danışıqlarında belə yanından ayırmır. Sarıkayanın baş nazirin müşaviri təyin edilməsi ictimaiət arasında bir mesaj olaraq görürlər. Çoxları bu təyinatı Davudoğlunun baş nazirliyə gətirilməsi üçün bir işarə olaraq qiymətləndirir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM