Türkiyənin yeni seçilən baş naziri Əhməd Davudoğlu ilk xarici ölkə səfərini Şimali Kipr və Azərbaycana edəcək. ANS PRESS-in məlumatına görə, yeni baş nazir 3-4 sentyabr tarixlərində paytaxt Ankarada olacaq. 5 sentyabr tarixində isə o, Türkiyə Böyük Millət Məclisində hökumətin yeni proqramını təqdim edəcək. Davudoğlunun Şimli Kipr və Azərbaycana edəcəyi səfərin tarixi isə açıqlanmayıb.Qeyd edək ki, Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə 2-3 sentyabr 2014-cü il tarixdə Azərbaycanda rəsmi səfərdə olacaq. Bu barədə məlumat Türkiyə prezident administrasiyasının rəsmi internet saytında yayılıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !