Davudoğlu: "Əgər bir hücuma keçməsəydik..."

16:20 | 31.07.2015
Davudoğlu:

Davudoğlu: "Əgər bir hücuma keçməsəydik..."

"Əgər biz hücumlardan sonra işə keçməsəydik, əmin olun ki, Türkiyə bu günlərdə tam bir xaosa sürüklənmişdi".
 
ANS PRESS-in məlumatına görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib.

O, deyib ki, İŞİD İslam dini haqqında anlayışlara dünyada ən böyük zərbə vuran terror təşkilatıdır.

Baş nazir qeyd edib ki, terrorla mübarizə əməliyyarına iyulun 22-dən 23-nə keçən gecə başlanılıb.

"Silahlı qruplar Türkiyəni tərk edənə qədər və İŞİD terror təhlüksəi bitənə qədər bu əməliyyatlar davam edəcək. Heç kim xam xəyala düşməsin. HDP-yə sualım var. Siz bu millətin səsi ilə parlamentə gəldiniz. İndi silahlı basqınları müdafiə edərsiniz. Bunu necə edə bilərsiniz?".

Davudoğlu indiyə qədər 1302 terror şübhəlisinin saxlandığını deyib. "Allah bir daha bu millətə övladlarını şəhid vermə fədakarlığını yaradacaq şərtlər göstərməsin. Amma lazım olsa sizlər, bizlər bu vətən üçün övladlarımızı, özümüzü fəda etməyə hazırıq. Bu fədakarlığı dünya aləm bilməlidir".

Bu arada Türkiyə Baş Qərargahı da maraqlı bir açıqlama yayıb. Qurumun açıqlamasında qeyd edilir ki, əhali hərbi xidmətə yazılmaq üçün kütləvi sürətdə müraciətlər edir. Onlar terrorla mübarizədə yaxından iştirak etmək istəyirlər.

"Ölkəmizdə son günlər yaşanan terror hadisələri ilə bağlı olaraq çox sayda vətəndaşımız müraciət edərək hərbi xidmətə getmək istədiyini bildirib. Millətimizin qəhrəman və həssas övladlarının tələbləri Türk Silahlı Qüvvələri tərəfindən alqışla qarşılanıb və motivasiyanı artırıb. Silahlı Qüvvələri bundan sonra da tarixinə və adına yaraşan şəkildə öhdəliklərini yerinə yetirəcək".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM