Davudoğlu Ermənistanda etiraz aksiyası ilə qarşılanacaq

16:36 | 10.12.2013
Davudoğlu Ermənistanda etiraz aksiyası ilə qarşılanacaq

Davudoğlu Ermənistanda etiraz aksiyası ilə qarşılanacaq

Ermənistanın “Sarkis Txruni” Tələbə Gənclər İttifaqı Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun İrəvana səfərinə etiraz əlaməti olaraq aksiya keçirməyə çağırıb.APA-nın “Armenia Today”ə istinadən xəbərinə görə, ittifaq Ermənistan hakimiyyətindən Ə.Davudoğlunu dövlət səviyyəsində qəbul etməməyi, onun İrəvandan anti-erməni tribunası kimi istifadə etməsinə imkan verməməyi, qondarma “erməni soyqırımı” ilə bağlı açıqlamalarına dair izahat verməsini tələb edib. Təşkilatın bəyanatında daha sonra deyilir: Türkiyənin “qonşularla sıfır problem” siyasəti məhz Ankara tərəfindən pozulub. Biz erməni gəncliyini həmin gün Türkiyənin anti-erməni və saymazyana siyasətinə qarşı birləşməyə çağırırq”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb