Davudoğlu Gülən məktəbləri barəsində təlimatlardan danışdı

18:04 | 10.04.2014
Davudoğlu Gülən məktəbləri barəsində təlimatlardan danışdı

Davudoğlu Gülən məktəbləri barəsində təlimatlardan danışdı

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu xarici ölkələrdəki Gülən məktəblərinin bağlanması barədə təlimat vermələri ilə bağlı yayılan iddialara cavab verib. ANS PRESS-in məlumatına görə, ölkədə yayımlanan bir televiziya proqramına qonaq olan Əhməd Davudoğlu belə bir təlimatın verilmədiyini söyləyib. O, bildirib ki, yayılan iddialar yalandır: “Xaricdəki türk məktəblərinin bağlanması barədə heç bir təlimat verilməyib. Türkiyə Xarici İşlər Nazirliyi belə bir qərar verməyib. Başqa bir təlimat var ki, orada Türkiyə Cümhuriyyətinə ləkə gətirən və onu təhqir edərək fəaliyyət göstərən hər kəs barəsində lazımı tədbirlərin görülməsi qeyd olunub. O, məktəblərdə baş nazirimizin, hörmətli Əli Babacanın və mənim əməyim var. O məktəblərin hər birini ziyarət etdim və onların fəaliyyət göstərmələri üçün icazə istədim. İndi utanmadan bizim həmin məktəbləri bağlamaq barəsində təlimat verdiyimizi yazırlar”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM