"Kaş Əsəd Moskvada uzun müddətə qalaydı. Suriya xalqı rahat olardı və keçid prosesi də beləcə başlayardı".
"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Əhməd Davudoğlu Suriyadakı rejimin başçısı Bəşşar Əsədin Moskvaya səfərinə münasibət bildirərkən deyib.
Ə.Davudoğlu bildirib ki, Türkiyənin Suriya böhranı ilə bağlı siyasəti çox aydındır: "Biz öz xalqına barbarca basqınlar edən idarəçinin legitimliyinin qalmadığını düşünürük. Təssəüf ki Suriyanı idarə edənlər və Əsəd keçid prosesində belə xalqına zülm etməkdədir. Suriyadan köç etmiş milyonlarla insan öz ölkəsinə sülh gəldiyinə inanmayanadək keçid prosesi uğur qazana bilməz. Suriya Əsədli bir prosesi deyil, onun gedişi formullarının olduğu bir prosesi yaşamalı və belə bir düstur ortaya çıxarılmalıdır".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !