"Türkiyəni Yaxın Şərq bataqlığından xilas edəcəyəm."
ANS PRESS-in məlumatına görə, Türkiyədə müxalif Cümhuriyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu belə bir bəyanatla çıxış edib. Sivas vilayətində keçirilən parlament seçkilərinə təşviqat kampaniyasında Kılıçdaroğlu hökumətə qarşı ciddi ittihamlarla çıxış edib. Kılıçdaroğlu bildirib ki, Suriya münaqişəsinin dərinləşməsində Türkiyə hökumətinin də rolu olub.
"Xarici siyasətdə böyük səhvlərə yol verdilər. 2 milyondan çox suriyalı qardaş-bacılarımız Türkiyədə yerləşdirilib. Hamısı miskin vəziyyətdirlər. Suriyada 12 min uşaq həyatını itirdi. Günahdır. Türkiyədən silah göndərdilər. Orada qardaşı-qardaşa qırdırdılar. Buna icazə vermiyəcəyik.”
Türkiyənin baş naziri Əhməd Davudoğlu İstanbulda tələbələrin oxşar ittihamlarla bağlı sualına belə cavab verib.
"Dostlar, mənim gözümə, üzümə, danışığıma baxın. Məndə heç İŞİD-i dəstəkləyəcək bir sima varmı?! Cavab bu alqışlardadır. Sizin anladığınızı onlar anlamırlar. Nə edim?”
Türkiyədə noyabr ayının 1-də parlament seçkiləri keçiriləcək. Daha əvvəl iyun ayının 7-də keçirilən seçkilərdə hakim Ədalət və İnkişaf Partiyası (AKP) yetərsay səs toplaya bilmədiyi üçün hökumət qura bilməmiş, daha sonra baş nazir Əhməd Davudoğlunun koalisiya hökuməti qurmaq cəhdləri də uğursuzlqula nəticələnmişdi.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !