Davudoğlu sui-qəsddən son anda qurtuldu - Saxlanılanlar var

15:32 | 08.01.2014
Davudoğlu sui-qəsddən son anda qurtuldu - Saxlanılanlar var

Davudoğlu sui-qəsddən son anda qurtuldu - Saxlanılanlar var

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Afinada səfərdə olarkən ona qarşı İXQPC-nin (İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi) sui-qəsd təşkil etməsi xəbəri Yunanıstan rəhbərliyini təşvişə salıb. ANS PRESS-in Türkiyə KİV-nə istinadən məlumatına görə, sui-qəsd iddiası ilə bağlı iki nəfərin saxlanıldığı bildirilir. İXQPC-nin keçən ay Afinaya səfəri zamanı xarici işlər naziri Əhməd Davudoğluya sui-qəsd hazırlığına son anda maneə yaradılıb. Yunanıstanda yayımlanan "Parapolitika" qəzetinin 3 yanvar sayında yer alan xəbərə görə, Davudoğlu gəlmədən 4 gün əvvəl başlayan təhlükəsizlik tədbirləri nazir ölkədən ayrılana qədər davam edib.Həmçinin, Yunanıstan baş naziri Antonis Samaras tərəfindən Türkiyə heyəti Afinadan gedənə qədər fövqəladə vəziyyət elan etdiyi bildirilir.Yunan səlahiyyətlilərinin və təhlükəsizlik işçilərinin üç gün davam edən axtarışları nəticəsində 26 yaşlı Türkiyə vətəndaşı A.B. tutulub. A.B.-dən çıxan SİM kartlarından aşkar edilən telefon danışıqlarına baxılıb. Sui-qəsd planlaşdırdığından şübhə edilən 2 şəxs saxlanılıb.Qeyd edək ki, haqqında danışılan bu şəxslər Türkiyə heyəti Afinadan gedənə qədər kirayə qaldıqları evdə tutulublar.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM