Türkiyənin baş naziri Əhməd Davudoğlu ölkənin düşmənlərinin adlarını açıqlayıb.
Bu barədə "Trend" Türkiyənin "Anadolu" agentliyinə istinadən məlumat verir.
Məlumata əsasən, Davudoğlu bildirib ki, Suriya hakimiyyəti, PKK və “İslam Dövləti” terror təşkilatı Türkiyənin düşmənləridir və Türkiyə dövləti öz sərhədlərində onların varlığını görmək istəmir.
Son bir ayda Suriyanın Kobanı şəhərində “İslam Dövləti” yaraqlıları ilə PKK terror təşkilatının Suriya qanadı arasında baş verən toqquşmalara münasibət bildirən baş nazir qeyd edib ki, “Suriya böhranı həll edilmədən Kobaninin xilas edilməsi mənasızdır”.
Davudoğlu hesab edir ki, Kobani hadisələri Suriya böhranının sadəcə bir hissəsidir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !