Türkiyə hakimiyyəti Suriya ərazisinə quru qoşunlarının yeridilməsi variantını nəzərdən keçirmir.
"Report" Газета.Ru-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.
Baş nazirin sözlərinə görə, ölkənin Birləşmiş Ştatlarla Suriyadakı "İslam dövləti" qruplaşmasına qarşı mübarizə aparan "müxalif üsyançılara" havadan dəstək verilməsi ilə bağlı razılaşması var.
Bir qədər əvvəl, NATO-ya üzv dövlətlər Türkiyənin təcili iclas keçirmək təklifi ilə razılaşıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !