Davudoğlu yaponlara Azərbaycanın dərdindən danışdı

23:23 | 11.04.2014
Davudoğlu yaponlara Azərbaycanın dərdindən danışdı

Davudoğlu yaponlara Azərbaycanın dərdindən danışdı

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Ukraynada baş verən hadisələrin Dağlı Darabağ münaqişəsinə təsir edəcəyini söyləyib.

ANS PRESS-in məlumatına görə, Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Yaponiyaya səfəri öncəsi sözügedən ölkənin məşhur jurnalı olan “Nikkei”yə müsahibə verib. Nazir müsahibə zamanı Türkiyənin Ukrayna, Krım yarımadası və Rusya ilə yaxın əlaqələrindən danışıb. Davudoğlu müsahibəsi zamanı Moldova və Gürcüsdandakı etnik münaqişlərə işarə edərək Abxaziya və Qarabağ kimi ixtilafların olduğunu qeyd edib: “Ukrayna böhranının Qara dəniz və ətraf bölgələrə təsir etməsini istəmirik”.Daha sonra Davudoğlu Türkiyənin NATO ölkəsi olduğunu vurğulayıb.Onun sözlərinə görə Ukrayna məsləsində NATO üzvü olan Baltik hövzəsi ölkələri müxtəlif müvqelər nümayiş etdirəcəklər.Davudoğlu, Azərbaycandan təbii nəqlini nəzərdə tutan yeni boru xətti olan TANAP-ın həyata keçirilməsi istiqamətində olan fəaliyyətlərini genişləndirəcəklərini də sözlərinə əlavə edib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM