APA-nın "Cumhuriyet” qəzetində istinadən verdiyi xəbərə görə, baş nazir bunu Suriya türkmənlərinə yardım adlandırıb.
"Mən çəkinmədən söyləyirəm: o yardım Bayırbucak türkmənləri üçün göndərilmişdi. Orada müharibə gedir, türkmən qardaşlarımız qətlə yetiriləcək, biz isə bunu kənardan seyr edəcəyik?”, deyə Davudoğlu ötən gün Ankarada keçirilən mitinqdə çıxışı zamanı bildirib.
"O görüntüləri yayımlayanlar kirli bir oyun içindədirlər. Allah şahiddir ki, biz heç bir məzlumu yalnız qoymadıq, qoymayacağıq”, deyə baş nazir vurğulayıb.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan da, öz növbəsində, qeyd olunan nəşrin dərc etdiyi məqaləyə kəskin reaksiya verib: "Suriyadakı qardaşlarımıza göndərdiyimiz yardımın qabağını kəsməklə onların ölümünün səbəbkarı oldular. Utanmadan, çəkinmədən türkmənlərə göndərilən yardımlarla bağlı spekulyasiyalara girdilər. Bu casusluqdur, agentlərin əməlidir. Bunun hesabını verəcəklər. Düşün artıq millətin yaxasından”, deyə Ərdoğan qeyd edib.
Qeyd edək ki, 2014-cü ilin yanvarında Adana bölgəsində böyük rezonansa səbəb olmuş hərbçilərin yük maşınlarına baxış keçirməsi ilə bağlı insident baş verib. Milli Kəşfiyyat İdarəsinə (MIT) məxsus yük maşınlarından ibarət karvan Türkiyə-Suriya sərhədinə doğru hərəkət edib. "Cumhuriyet” qəzetinin mayın 29-da dər etdiyi foto və video görüntülərdə qutulara yerləşdirilmiş top, minaatan mərmiləri və digər silah-sursat əks olunub. Nəşr qalmaqallı görüntülərin məhz 2014-cü ilin yanvarında yük maşınlarına keçirilən baxış zamanı çəkildiyini iddia edir.
Qeyd edək ki, qalmaqallı material dərc edildikdən dərhal sonra İstanbul prokurorluğunda "Cumhuriyet” qəzetinin baş redaktoru Can Dündar barəsində icraat başlanıb.
Xatırladaq ki, apreldə yük maşınlarına baxış keçirilməsi ilə bağlı başlanmış cinayət işi üzrə 17 hərbçi, mayda isə Adana jandarmeriyasının sabiq rəisi və Adana əyalətinin baş prokuroru da daxil olmaqla dörd prokuror həbs olunub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !