Davudoğlunun erməni müşaviri danışdı

15:27 | 28.01.2015
Davudoğlunun erməni müşaviri danışdı

Davudoğlunun erməni müşaviri danışdı

"Ermənistan dövləti və ictimaiyyəti, Türkiyə ilə münasibət qurmaqda diaspordan daha istəklidir".

ANS PRESS-in məlumatına görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlunun baş müşaviri olan Etyen Mahçupyan deyib.

Onun sözlərinə görə, bu ölkənin əhalisi Türkiyə ilə yaxınlaşmaq istəyir. Mahçupyan iki xalq arasında həsrət olduğunu deyib.

"Bu insanlar eyni mədəniyyətin insanlarıdır, eyni musiqiyə qulaq asır, eyni şeirləri oxuyurlar. İki toplum arasında elə bir həsrət var ki, əslində iki tərəf də təmasa hazırdır".

O, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanın dövlət başçısı Serj Sarkisyanı Çanakqala savaşını anma mərasiminə dəvət etməsindən də danışıb.

Baş müşavir bunun dünyaya edilmiş bir dəvət olduğunu deyib. "Ermənistanda bundan kənarda qalmayıb".

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM