Davudoğlunun erməni müşavirindən ŞOK AÇIQLAMA

11:30 | 05.11.2014
Davudoğlunun erməni müşavirindən ŞOK AÇIQLAMA

Davudoğlunun erməni müşavirindən ŞOK AÇIQLAMA

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qondarma erməni soyqırımının yüz illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməsi qeyri-mümkündür".

Modern.az saytının məlumatına görə bunu Türkiyə baş nazirinin yeni təyin olunan, milliyətcə erməni baş müşaviri Etyen Mahçupyan deyib. Onun sözlərinə görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistandan təşkil olunması planlaşdırılan  uydurma soyqırımı tədbirlərində iştirakı sual altındadır.Türkiyənin hökumət rəsmisi qeyd edib ki, rəsmi Ankara bununla bağlı hər iki tərəf qarşlıqlı jest nümayiş etdirməsə, “soyqırımı” tədbirlərində iştirak məsələsi də problem olaraq qalacaq. Etyen Mahçupyan saxta erməni soyqırımının 100 illiyi ərəfəsində Türkiyə baş nazirinin müşaviri təyin olunmasının təsadüfi olub-olmaması ilə bağlı məsələyə isə belə münasibət bildirib: “Bu Əhməd Davudoğlunun baş nazir olması ilə bağlıdır. Yəni Əhməd Davudoğlu keçən il baş nazir olsaydı, mən də böyük ehtimalla həmin vaxt müşavir olacaqdım”.  Qeyd edək ki, Türkiyədə “Aqil İnsanlar”ın iclasında  Əhməd Davudoğlu Etyen Mahçupyana baş nazirin müşaviri olmasını təklif etmişdi. O da bu təklifi məmnuniyyətlə qəbul etmişdi.  Etyen Mahçupyan əvvəllər jurnalist fəaliyyəti ilə məşğul olub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM