Davudoğlunun korteci qəzaya uğradı

11:16 | 07.10.2015
Davudoğlunun korteci qəzaya uğradı

Davudoğlunun korteci qəzaya uğradı

Türkiyənin baş naziri Əhməd Davudoğlunun Ərzuruma səfəri çərçivəsində onu müşayiət edən polis əməkdaşlarının avtomobili qəzaya uğrayıb.

Oxu.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 25 polis əməkdaşı yüngül xəsarət alıb.

Məlumata görə, Ərdahanın polis idarəsinin çevik polis qüvvələrinin olduğu avtobus güclü yağış nəticəsində sürüşkən olmuş yolda idarəetməni itirib və yol kənarındakı hasara çırpılıb.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM