Davudoğlunun olduğu lift yerə çırpılıb

20:17 | 18.10.2021
Davudoğlunun olduğu lift yerə çırpılıb

Davudoğlunun olduğu lift yerə çırpılıb

Türkiyənin Gələcək Partiyasının sədri Əhməd Davudoğlunun Vanda olduğu lift yerə çırpılıb.

"Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə şənbə günü baş verib.

Lift hərəkət etdikdən sonra 1 mərtəbə hündürlükdən şaxtaya çırpılıb. Davudoğlunun vəziyyəti yaxşı olsa da, həkimlərin məsləhəti ilə bir müddət istirahət etməlidir.

Siyasətçinin Vanda yerli qəzetlərin birinə verdiyi açıqlamasına görə, bəzi iynələr vurulduqdan sonra həkimlər onun 1 həftə ərzində sağlamlığına qovuşacağını bildiriblər. Bu səbəbdən Davudoğlunun Mersin və Amasya səfərləri təxirə salınıb.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM