Davudoğlunun yerini bu şəxs tuta bilər

14:20 | 07.07.2015
Davudoğlunun yerini bu şəxs tuta bilər

Davudoğlunun yerini bu şəxs tuta bilər

Davudoğlunun yerinə keçmiş rabitə naziri Binali Yıldırım gətirilə bilər.
 
Axar.az  xəbər verir ki, bu məlumatı "Sözcü” qəzetinin yazarı Vəli Torpaq yayıb. O, hazırda Türkiyə kulislərində ən çox danışılan məsələyə diqqət çəkib:
 
"Ərdoğana yaxın olan çevrələr partiya sədrliyinə yeni bir şəxsin gətirilməsinin kulislərdə ən çox müzakirə edilən mövzu olduğunu bildirirlər. Koalisiya görüşləri və erkən seçim müzakirələrindən dolayı 5-ci konqresin avqust ayında gerçəkləşməsi gözlənilir. Əhməd Davudoğlu hökuməti qurub böyük konqresə baş nazir olaraq girmək istəyir. Ancaq seçkilər yaxınlaşdıqca saraya yaxın qaynaqlar gündəmə fərqli ssenarilər gətirirlər. Belə ki, Ərdoğanın yola Davudoğlu ilə davam etməyəcəyi söylənilir. Onun yerinə keçmiş rabitə naziri Binali Yıldırımın gətirilməsi gündəmdədir”.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM