Türkiyənin baş naziri Ahmet Davutoglu Avropa Birliyini "gülünc sayda az” qaçqın qəbul etdiyinə görə tənqid edib. Davutoglu sentyabrın 7-də Almaniyanın Frankfurter Allgemeine Zeitung qəzetində yazır ki, Türkiyə Suriya və İraqdan 2 milyondan çox qaçqını qəbul edib.
O, qitəni "Xristian qalası Avropa” adlandırır və qaçqın problemlərini Türkiyə üzərinə qoymağın əlverişli olduğunu qeyd edir.
Suriyadan qaçan 4 milyondan çox qaçqının əksəriyyəti Türkiyə, İordaniya və Livandakı qaçqın düşərgələrinə sığınıb.
Davutoglu onu da deyir ki, Türkiyə immiqrasiya məsələlərində Avropalı tərəfdaşlarla əməkdaşlığa hazırdır. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !