Daxili bazara yanacağın tədarükünün azalmasının səbəbləri - AÇIQLAMA

12:35 | 05.04.2014
Daxili bazara yanacağın tədarükünün azalmasının səbəbləri - AÇIQLAMA

Daxili bazara yanacağın tədarükünün azalmasının səbəbləri - AÇIQLAMA

Azərbaycanda ilin əvvəlindən 2 ayın nəticələrinə görə, daxili bazarda neft məhsullarının tədarükü 6,7% azalıb. Nədir bunun səbələri, nədən birdən birə daxili bazarda neft məhsullarına tələbat azalması müşahidə olunmağa başlayıb? Axı 2013-cü ilin yanvar-fevralı ilə 2012-ci ilin müvafiq dövrünü müqatisə edəndə 28%-dən çox artım olmuşdu?Neft Araşdırmaları Mərkəzi Caspian Barrel-dən ANN.Az-a verilən məlumata görə, Azərbaycanın daxili bazarına ilin əvvəlindən avtomobil yanacağının azalması qeydə alınır. İki ayın nəticələrinə görə, daxili bazara 192,8 min ton avtomobil benzini yönəldilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,3 min ton azdır. Yəni bazarda gündəlik avtomobil benzininə olan tələbatda cari ilin əvvəlindən 55,9 ton azalma müşahidə olunur. Dizel yanacağına gəldikdə isə, 2 ayın nəticələrinə görə, daxili bazara  173,6 min yanacaq yönəldilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,4 min ton azdır və ya gündəlik tələbatda azalma 379,6 ton olub.Bəs hansı səbəblərdən avtomobil yanacağında istehlakın azalmasını müşahidə edirik, baxmayaraq ki, son 5 ildə mütəmadi olaraq orta hesabla daxili bazarda təqribən 10%-ə qədər artım vardı.Burda təbii ki, ötən ilin dekabrında yanacağın qiymətlərdə kəskin artımlar (30-34%) özünü göstərməyə başlayıb. Əsasən də bu avtosevərlər qrupunda özünü əks etdirib. İlk zamanlar özünü o qədər göstərməsə də, ancaq tədricən müəyyən zaman intervalından sonra insanlar avtomobildən boş-boşuna istifadə etməyin iqtisadi baxımdan onların büdcələrinə təsirini hiss etməyə başladılar. İkinci bir amil isə, Dövlət Yol Polisinin Bakının əsasən mərkəzində və əsas küçə və meydanlarında avtomobillərin saxlanmasına qadağa tətbiq edilməsi ilə əlaqədar oldu. Avtomobllər ya pullu parkinqlərdə saxlanılmalı, ya da şəhərin sözügedən hissələrində dayanmamaı idilər. Bunun tətbiqi ilə iki məsələ həlini tapmış oldu: əvvəla, şəhərin mərkəzi hissəsi, hansı ki, demək olar ki, günün böyük hissəsi tixacda oludu, tıxaclardan əsasən azad oldu, ikincisi, insanların bir qismi şəxsi avtomobillərlə paytaxtın mərkəzi hissəsinə gəlməkdən vaz keçdilər, digər hissəsi şəxsi avtomobillərdən istifadəni azaltdılar və nəticədə: yanacağa tələbat azaldı, tıxaclar azaldığından avtomobillərin yanacaq sərfiyyatında da bir qədər azalma müşahidə olundu.Dizel yanacağının azalmasındakı kifayət qədər azalma nə ilə əlaqədardır? İri şirkətlərdə, o cümlədən özəl şirkətlərdə, yanacağın bahalaşması ilə əlaqədar, ötən ilin sonundan restruktrzasiya işlərinə start verildi. Balansda olan avtomobillərin, xüsusi texnikanın çıxarılması əməliyyatı başlanılıb. Nəticədə dizel yanacağı ilə işləyən çoxsaylı avtonəqliyyat vasitəsi azalıb.SeymurANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM